Tikinti layihələrinin şəhərsalma sənədlərinin tələblərinə uyğun olmasına dair müddəanın tətbiqi daha 1 il təxirə salınıb

Tikinti layihələrinin şəhərsalma sənədlərinin tələblərinə uyğun olmasına dair müddəanın tətbiqi daha 1 il təxirə salınıb
  • Clock-gray 12:55
  • calendar-gray 30 Mart 2020

Bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır.

Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikinti layihələrinə onlar həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğun olduqda, eyni zamanda  layihələndirilən obyektin tikintilərin mövcud olduğu ərazilərin hüdudları daxilində tikilməsi nəzərdə tutulduqda və tikilməsi nəzərdə tutulan obyekt istifadə növünə və miqyasına görə mövcud tikintilərə uyğun olduqda yol verilir.

"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanuna əsasən, tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmasına dair müddəa Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə mindiyi gündən 7 il sonra tətbiq edilməli idi.

Son illər tikinti layihələrinin həyata keçirilməsi üçün əsas olan şəhərsalma sənədlərinin (müfəssəl planların, ərazinin planlaşdırılması sənədlərinin, baş planların) hazırlanması istiqamətində ciddi işlər həyata keçirilsə də, müəyyən olunmuş müddət ərzində həmin sənədlərin və planların təsdiqi bir sıra şəhər və ərazilər üzrə başa çatıb. Bu səbəbdən də müxtəlif vaxtlarda Məcəllənin həmin  maddəsinin tətbiqi müddəti uzadılıb. Hazırda həmin müddəanın (Məcəllənin 1 yanvar 2013-cü ildən qüvvədə olduğunu nəzərə alaraq) tətbiqinin daha bir 1 müddətinə uzadılmasına ehtiyac yarandığından qanuna müvafiq dəyişiklik təklif olunur. Beləliklə, tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmasına dair müddəa Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə mindiyi gündən 8 il sonra tətbiq ediləcək.

Qanun layihəsi plenar iclasda müzakirəyə çıxarılaraq qəbul edilib.

Firuzə Vahid

Digər xəbərlər