"Toyota" Böyük Britaniya və Fransadakı zavodlarının fəaliyyətini dayandırır

"Toyota" Böyük Britaniya və Fransadakı zavodlarının fəaliyyətini dayandırır
# 22 dekabr 2020 12:43 (UTC +04:00)

Yaponiyanın avtomobil istehsalçısı "Toyota" şirkəti koronavirusun yeni mutasiyası ətrafındakı vəziyyətə görə Böyük Britaniya və Fransadakı zavodların işini dayandırır.

"APA-Economics" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə "Kyodo" məlumat yayıb.

Böyük Britaniyadakı mühərrik zavodu 22 dekabrda, montaj zavodu isə 23 dekabrda bağlanacaq. Fransada 22 dekabrdan etibarən təkərlərin istehsalı zavodu işini dayandıracaq. İşçilər 24 dekabrda başlayan Milad tətilinə vaxtından əvvəl göndəriləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR