"Toyota" Rusiyada 82 mindən çox avtomobili geri çağırıb

"Toyota" Rusiyada 82 mindən çox avtomobili geri çağırıb
# 29 yanvar 2021 15:38 (UTC +04:00)

"Lexus" və "Toyota" avtomobillərinin Rusiyadakı rəsmi nümayəndəsi olan "Toyota Motor" şirkəti 82 405 "Lexus LX570" və "Toyota LC200" avtomobil modellərini geri çağırıb.

"APA-Economics" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı "Rosstandart" yayıb.

Söhbət 31 yanvar 2013-cü ildən bu günə qədər istehsal olunan nəqliyyat vasitələrdən gedir. Buna səbəb ön şüşənin yuyucu mayesinin qızdırıcısını kip saxlayan rezinin zaman keçdikcə sıradan çıxma ehtimalı bildirilir ki, bu, qısaqapanmaya,ən pis halda isə yanğına gətirib çıxara bilər.

Geri çağırma proqramına daxil olan avtomobillərdə şüşə yuyucusunun forsunkaları pulsuz olaraq modernləşdirilmiş olanlarla əvəz olunacaq.

"Toyota Bakı Mərkəzin"dən "APA-Economics"ə bildirilib ki, bu kampaniya Azərbaycana aid olmasa da, "Toyota"nın Azərbaycandakı rəsmi distributoru öz internet səhifəsində xüsusi link yaradıb. Hər bir "Toyota" sahibi ora daxil olub, avtomobilinin ban kodunu qeyd etsə, avtomobilin bu kampaniyaya aid olub-olmadığı barədə məlumat əldə edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR