Türk əsilli həkim koronavirusa qarşı peyvənd sayəsində dünyanın ən zəngin 500 adamı siyahısına daxil olub

Türk əsilli həkim koronavirusa qarşı peyvənd sayəsində dünyanın ən zəngin 500 adamı siyahısına daxil olub
  • Clock-gray 11:28
  • calendar-gray 04 Dekabr 2020

Türk əsilli həkim-immunoloq, onkoloq, sahibkar və "BioNTech SE" biotexnoloji şirkətin həmtəsisçi Uğur Şahin ilk dəfə dünyanın 500 ən zəngin insanı siyahısına daxil olub.

"APA-Economics"in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, Böyük Britaniyanın bu həftə "BioNTech SE" və "Pfizer Inc." şirkətlərinin birgə yaratdığı COVID-19 infeksiyasına qarşı peyvəndin istifadəsinin təsdiqlənməsindən sonra "BioNTech SE"nin səhmlərinin dəyəri 8%, ilin əvvəlindən isə 250% artıb.

"Bloomberg Billionaires Index"ə görə, Uğur Şahin hazırda dünyanın ən zəngin 500 adamı siyahısında 493-cü yerdədir. Onun xalis sərvəti 5,1 mlrd. ABŞ dolları təşkil edir.

Mirsəid İbrahimzadə

Digər xəbərlər