Türkiyə dünya mebel bazarında payını 3%-dək artırmaq niyyətindədir

Türkiyə dünya mebel bazarında payını 3%-dək artırmaq niyyətindədir
# 18 dekabr 2020 10:42 (UTC +04:00)

Türkiyə 2021-ci ildə dünya mebel ixracında payını 2%-dən 3%-dək artırmağı planlaşdırır.

"APA-Economics" xəbər verir ki, bunu "Anadolu" agentliyinə Ankara Mebel İstehsalatçıları Palatasının rəhbəri Hüseyn Taklacı deyib.

Onun sözlərinə görə, koronavirus pandemiyasının bir çox sahəyə mənfi təsir etməsinə baxmayaraq, Türkiyənin mebel sektoru böyüməyə davam edir.

"Mebel istehsalı və ixracı üzrə dünyada 8-ci yerə yüksəldik. Türkiyəyə mebel idxalı hər il azalır. Bu il Türkiyə bazarına mebel tədarükü 550 mln. ABŞ dollaradək azalıb", - deyə H. Taklacı qeyd edib.

O həmçinin bildirib ki, pandemiya səbəbindən bir çox ailələrin toylarını təxirə salması mebel sektoruna təsirsiz ötüşməyib: "Satışlar əvvəlki aylarda azaldı, lakin sanitar vəziyyət yaxşılaşdıqca mebelə tələbat yenidən artır, bu da 2021-ci ildə satışlara müsbət təsir edəcək".

Palatanın rəhbəri qeyd edib ki, 2021-ci ildə Türkiyə istehsalçıları dünya mebel ixracatında ilk 6 lider ölkənin sırasına daxil olacaqlarını düşünürlər: "Bu ilin 11 ayında mebel sənayesinin ixracatı 3,1 mlrd. dollar təşkil edib. Bura aksesuarları əlavə etsək, sözügedən rəqəm 4 mlrd. dollara çatacaq. 2021-ci il mebel sənayesi üçün xüsusi bir il olacağını vəd edir. Valyuta məzənnəsindəki dalğalanmalar nəzərə alınmaqla, türk mebellərinin qiymətləri, xüsusən də avropalılar üçün olduqca əlverişlidir. Bundan maksimum yararlanmağa çalışacağıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR