Türkiyə ötən ay 18 ölkəyə 465 ton bal ixrac edib

Türkiyə ötən ay 18 ölkəyə 465 ton bal ixrac edib
# 16 fevral 2021 13:40 (UTC +04:00)

Bu ilin yanvar ayında Türkiyədən 1,865 mln. ABŞ dolları dəyərində bal ixrac olunub.

"APA-Economics"in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Şərqi Qara Dəniz Bölgəsi İxracatçıları Birliyinin açıqlamasında deyilir.

Qeyd olunub ki, ay ərzində Türkiyə 18 ölkəyə 465 ton həcmində bal ixrac edib. Əsas üç idxalçı ölkələr sırasında Almaniya (771 390 dollar), ABŞ (551 409 dollar) və Küveyt (120 541 dollar) yer alıb.

Cari ilin ilk ayında Türkiyədən Almaniya, Böyük Britaniya və Çinə 216 422 dollar dəyərində bal ixrac edilib ki, bu da 2020-ci ilin eyni göstəricisindən 61% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR