Türkiyədən Azərbaycana ikitəkərli nəqliyyat vasitələrinin ixracı kəskin artıb

Türkiyədən Azərbaycana ikitəkərli nəqliyyat vasitələrinin ixracı kəskin artıb
  • Clock-gray 13:44
  • calendar-gray 11 Fevral 2021

Bu ilin yanvar ayında Türkiyədən Azərbaycana velosiped, moped və motosiklet ixracının dəyəri ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 54 dəfə artaraq 11 min ABŞ dollarından 636 min dollara yüksəlib.

"APA-Economics" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Uludağ Sənaye Bölgəsi İxracatçıları Birliyinin hesabatında bildirilir.

Qeyd olunur ki, ümumilikdə, 2021-ci ilin yanvar ayında ixracın dəyəri keçən ilə nisbətən 72,81% artaraq 8,658 mln. dollara çatıb.

Fransa yanvar ayında əsas idxalçı olub. Türkiyədən bu ölkəyə yanvar ayında ixracat 16,96% artıraraq 1,47 mln. dollara yüksəlib. Bu kateqoriyalı məhsulların idxalçıları arasında ikinci yeri Niderland tutur. Bu ölkəyə ixrac 77,23% artaraq 1,282 mln. dollar təşkil edib. Hesabat dövründə Finlandiyaya ixrac 0,55% artaraq 1,145 mln. dollara çatıb. Yanvar ayında İtaliyaya tədarük 150,68% artaraq 1,058 mln. dollar, Almaniyaya 75,29% – 853 min dollar, Böyük Britaniyaya isə 143,75% artaraq 679 min dollar təşkil edib. Liviyaya ixracat 110 dəfə artaraq 919 dollardan 101 min dollaradək yüksəlib.

Ümumilikdə, Türkiyənin ikitəkərli nəqliyyat vasitələri istehsalçıları ilin ilk ayında 49 ölkəyə məhsul çatdırıblar.

2020-ci ildə isə velosiped, moped və motosiklet ixracı əvvəlki ilə nisbətdə 54% artaraq 97,5 mln. dolları ötüb.

Hüseyn Vəliyev

Digər xəbərlər