Tütün və tütün məmulatlarının istehsalı artırılacaq

Tütün və tütün məmulatlarının istehsalı artırılacaq
  • Clock-gray 19:54
  • calendar-gray 16 Yanvar 2020

Azərbaycanda tütün və tütün məmulatlarının istehsalının artırılması üçün tədbirlər görüləcək.

APA-nın məlumatına görə, bu, Baş Nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinə 2020-ci ili sonunadək hər rüb tütün və tütün məmulatlarının istehsalının artırılması, həmin məmulatların idxalının azaldılması istiqamətində müvafiq tədbirlər görmək  və nəticələri barədə hesabat təqdim etmək tapşırılıb.

Firuzə Vahid

Digər xəbərlər