Vahid Ələkbərov Rusiya milyarderlərinin ilk beşliyində yer alıb

Vahid Ələkbərov Rusiya milyarderlərinin ilk beşliyində yer alıb
  • Clock-gray 15:06
  • calendar-gray 27 Dekabr 2019

"Forbes" jurnalı 2010-cu ildən 2019-cu ilin sonunadək sərvətini ən çox artıran Rusiya milyarderlərinin reytinqini tərtib edib.

"APA-Economics"in TASS-a istinadən verdiyi məlumata görə, reytinqin ilk pilləsində “Novatek” qaz şirkətinin rəhbəri Leonid Mixelson qərarlaşıb. On il ərzində onun varidatı 4,4 mlrd. ABŞ dollarından 27 mlrd. dollara çatıb.

Nəşrin məlumatına görə, ilk üçlükdə sərvəti 2010-cu ilə nisbətən 20,8 mlrd. dollar artan və bu il 22,7 mlrd. dollara çatan sahibkar Gennadi Timçenko və “Nornikel” şirkətinin rəhbəri və benefisiarı Vladimir Potanin yer alıblar. V. Potaninin sərvəti 13,5 mlrd. dollar artıraraq 23,8 mlrd. dollara çatdırıb.

Reytinqin ilk beşliyini Rusiyanın ən böyük özəl neft-qaz şirkəti olan “Lukoil”ın rəhbəri, azərbaycanlı Vahid Ələkbərov və “Silovıye Maşını” şirkətinin əsas səhmdarı Aleksey Mordaşov tamamlayırlar. Onlar son 10 il ərzində sərvətlərini müvafiq olaraq 13,2 mlrd. dollara və 10,3 mlrd. dollar artırıblar.

Mirsəid İbrahimzadə

Digər xəbərlər