Xaricdə qeydiyyatda olan avtomobillərin Azərbaycana müvəqqəti gətirilməsinə il ərzində 90 gün məhdudiyyət müəyyənləşib

Xaricdə qeydiyyatda olan avtomobillərin Azərbaycana müvəqqəti gətirilməsinə il ərzində  90 gün məhdudiyyət müəyyənləşib
# 21 mart 2020 19:07 (UTC +04:00)

Nazirlər Kabineti "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nda dəyişiklik edib.

APA-nın məlumatına görə, indiyə qədər qüvvədə olan Qaydalara əsasən, xarici dövlətlərdə daimi qeydiyyatda olan avtonəqliyyat vasitələrinin və onların qoşqularının (yarımqoşqularının) qeyri-rezidentlər tərəfindən müvafiq təsdiqedici sənədlə gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə 90 gün müddətinədək, bu müddətin uzadılmasına görə isə Gömrük Məcəlləsində müəyyən edilmiş gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarının tətbiqi ilə 1 ildən artıq olmamaq şərtilə həmin şəxsin vizasında və ya Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsində, yaxud əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərarda göstərilən müddətə icazə verilib.

Dəyişikliyə əsasən, avtomobillərin müvəqqəti olaraq gətirilməsinə hər təqvim ili ərzində 90 gün məhdudiyyət müəyyənləşib. Başqa sözlə, xarici dövlətlərdə daimi qeydiyyatda olan avtonəqliyyat vasitələrinin və onların qoşqularının (yarımqoşqularının) qeyri-rezidentlər tərəfindən müvafiq təsdiqedici sənədlə gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə hər təqvim ili ərzində ümumilikdə 90 gün müddətinədək, bu müddətin uzadılmasına görə isə Gömrük Məcəlləsində müəyyən edilmiş gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarının tətbiqi ilə 1 ildən artıq olmamaq şərtilə həmin şəxsin vizasında və ya Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsində, yaxud əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərarda göstərilən müddətə icazə verilib.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR