Yankauskas: "Azərbaycanın Avropaya pomidor ixracı üçün böyük potensialı var"

Yankauskas: "Azərbaycanın Avropaya pomidor ixracı üçün böyük potensialı var"
# 18 dekabr 2020 12:27 (UTC +04:00)

"Azərbaycanın Avropa İttifaqına (Aİ) ixracı karbohidrogenlərlə bitmir, Avropaya meşə fındığı və pomidor tədarükünün böyük potensialı var".

"APA-Economics"in məlumatına görə, bunu "Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi" layihəsi çərçivəsində Virtual Sahibkarlıq Yarmarkasının açılış mərasimində çıxış edən Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas deyib.

"Azərbaycan tomatlarına fikir verin. Onlara hələ Aİ-də yoxdur. Niyə də bu məhsulun ixracına başlanılmasın?", - səfir bildirib.

Yankauskas əlavə edib ki, digər bazarların volatil olduğu halda, Azərbaycanın qarşısında Aİ kimi yeni dayanıqlı ixrac bazarlar açılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR