Yanvarın 29-da "Optimal"da ikiotaqlı mənzilin və 100 məişət texnikasının qalibi seçiləcək

Yanvarın 29-da "Optimal"da ikiotaqlı mənzilin və 100 məişət texnikasının qalibi seçiləcək
# 25 yanvar 2021 17:50 (UTC +04:00)

Hörmətli müştərilərimiz, bildiyiniz kimi 30 noyabr 2019-cu il tarixindən başlayan “Optimal Qış Festivalı” lotereyası 30 mart 2020-ci il tarixində yekunlaşıb.

Daha əvvəl keçirilməsi planlaşdırılan Final mərasimi yaranmış mövcud vəziyyətlə bağlı evdə qalmağınız və sağlamlığınızı qorumaq məqsədilə təxirə salınmışdır.

“Optimal Elektronika” MMC olaraq məlumat vermək istərdik ki, 29 yanvar 2021-ci il, saat 15:00-da lotereyanın final mərasimi Optimalın “Facebook”, “Instagram” və “YouTube” kanalı üzərindən canlı yayımla başlayacaq. Finalda 1 ədəd ikiotaqlı yeni mənzilin sahibi və 100 ədəd məişət texnikasının şanslı qalibi seçiləcək.

Qeyd edək ki, “Optimal”ın müştəriləri üçün təşkil etdiyi “Optimal Qış Festivalı” lotereyasının şərtlərinə əsasən elektronika və mebel mağazalarından hər 300 manatlıq nağd və ya kreditlə alış-veriş edən hər kəsə 1 ədəd lotereya kuponu təqdim olunub. Kupon sahiblərini isə finalda 5 ədəd soyuducu, 5 ədəd paltaryuyan maşın, 5 ədəd qabyuyan, 5 ədəd televizor, 5 ədəd kondisioner, 5 ədəd noutbuk, 10 ədəd mobil telefon, 10 ədəd ətçəkən, 10 ədəd tozsoran, 10 ədəd şirəçəkən, 10 ədəd mikser, 10 ədəd çaynik, 10 ədəd ütü və nəhayət əsas uduş olan 1 ədəd 2 otaqlı yeni mənzil gözləyir.

Qaliblərin siyahısı müəyyən olunduqdan sonra www.optimal.az saytında və kütləvi informasiya vasitələrində yerləşdiriləcək.

“Optimal” bundan sonra da yeni kampaniyaları və hədiyyələri ilə müştərilərini sevindirməyə davam edəcək.

Hörmətli müştərilərimiz, şansınız Optimal olsun!

Ətraflı: 012954 / optimal.az

Finalı mərasimini aşağıdakı kanallardan izləyə bilərsiniz:

Facebook https://bit.ly/33dcTf1;

Instagram https://bit.ly/2MnAfYO;

YouTube https://bit.ly/2opGhQC.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR