Yerli istehsala dəstək məqsədilə qanunvericiliyə dəyişikliklərin edilməsi təklif olunub

Yerli istehsala dəstək məqsədilə qanunvericiliyə dəyişikliklərin edilməsi təklif olunub
# 07 avqust 2020 11:08 (UTC +04:00)

Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən, yerli istehsala dəstək məqsədilə qanunvericilikdə dəyişikliklər edilməsi və bu dəyişiklərin çevik olması, dövlət-özəl dialoqunun dərinləşdirilməsi təklifi irəli sürülüb. ASK-dan “APA-Economics”ə verilən məlumata görə, təklif Konfederasiyanın Rəyasət Heyətinin onlayn formada təşkil olunan hesabat iclasında ASK-nın vitse-prezidenti Vüqar Abbasov tərəfindən səsləndirilib.

İclasda pandemiya dövründə sahibkarlarla keçirilən görüşlər, müzakirə olunan əsas mövzular və dövlət qurumları ilə ASK arasında mövcud olan Əməkdaşlıq Şuralarının fəaliyyəti haqqında Rəyasət Heyətinə hesabat verilib.

Sahibkarlar karantin dövründə biznesin genişləndirilməsi istiqamətlərini müzakirə ediblər. Sahibkarlar biznesin karantin şərtləri üzrə ciddi qaydalar çərçivəsində fəaliyyətini davam etdirməsini xahiş etdilər.

Konfransın sonunda ASK-nın Rəyasət Heyəti toplanan təklifləri İqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçiriləcək iclasa təqdim etməyi qərara alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR