"Zara", "Bershka", "Pull & Bear" və "Massimo Dutti" mağazaları bağlanır

"Zara", "Bershka", "Pull & Bear" və "Massimo Dutti" mağazaları bağlanır
# 12 iyun 2020 13:23 (UTC +04:00)

"Zara", "Bershka", "Pull & Bear" və "Massimo Dutti" kimi məşhur geyim brendlərinin dünya üzrə mindən çox mağazası bağlanacaq.

"APA-Economics"in məlumatına görə, bu barədə Rusiya mətbuatı sözügedən brendlərin sahibi olan və restrukturizasiya barədə elan edən "Inditex" şirkətinə istinadən xəbər verir.

Məlumata əsasən, bu qərarın qəbul edilməsinin əsas səbəbi kimi yeni növ koronavirusun pandemiyası zamanı satışların azalması və zərərin yaranması göstərilir.

Sözügedən brendlərin Azərbaycanda təmsilçisi olan "Retail Group Azerbaijan" şirkətindən "APA-Economics"ə verilən məlumata görə, qəbul olunan bu qərar daxili bazara aid deyil və qeyd olunan mağazalar şəbəkəsi Azərbaycanda fəaliyyətini davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR