"Amazon" yeni supermarket şəbəkəsi açacaq

"Amazon" yeni supermarket şəbəkəsi açacaq
# 12 noyabr 2019 15:27 (UTC +04:00)

ABŞ-ın onlayn pərakəndə satış şirkəti olan "Amazon" yeni ərzaq supermarketlər şəbəkəsinin açılışını planlaşdırır.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, yeni brend "Amazon"a məxsus "Whole Foods Market"dən ayrı fəaliyyət göstərəcək. Yeni şəbəkədə heç bir kassası olmayan "Amazon Go" mağazalarından fərqli olaraq müntəzəm kassalar olacaq.

Qeyd edək ki, 2020-ci ildə "Amazon"un bir neçə ərzaq marketi fəaliyyətə başlayacağı ehtimal olunur. Bu ilin mart ayında ABŞ-ın bir neçə şəhərində "Amazon"un onlarla ərzaq mağazasının fəaliyyətə başlayacağı bildirildi və ilk belə mağazanın Los-Ancelesdə açılacağı qeyd edilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR