Azərbaycanda heyvandarlıq mərkəzi yaradıla bilər

Azərbaycanda heyvandarlıq mərkəzi yaradıla bilər
# 27 sentyabr 2019 17:20 (UTC +04:00)

Azərbaycanda "breeding center"in (heyvandarlıq mərkəzi) yaradılmasına dair ideya formalaşır.

"APA-Economics"in məlumatına görə, bunu Bakıda keçirilən Azərbaycan-Almaniya biznes forumunda çıxış edər Aqrar Tədqiqatlar Mərkəzi direktorunun müşaviri Firdovsi Fikrətzadə deyib.

Onun sözlərinə görə, bu ideyanın reallaşdığı təqdirdə heyvandarlıq sahəsində ixrac Rusiyaya və Orta Asiya ölkələrinə məhz Azərbaycandan təşkil oluna bilər.

"Hazırda böyük potensiala malik olan bu məsələ bir ideya olaraq formalaşır. Azərbaycana ildə 5 min baş cins mal gətirilir. Orta Asiya ölkələri və Rusiya isə hər il on minlərlə baş cins mallar idxal edirlər. Təhlillər göstərir ki, əgər Almaniyanın böyük fermaları Azərbaycanda heyvandarlıq mərkəzini formalaşdırsa, bu zaman onlar bizim ölkəyə satdıqlarından 10 dəfə artığını sözügedən ölkələrə məhz Azərbaycandan ixrac edə bilərlər. Belə ki, Azərbaycanın MDB dövlətləri ilə xüsusi ticarət şərtləri mövcuddur. Qeyd edim ki, bu yaxınlarda Orta Asiya respublikaları xüsusi cins damazlıq proqramlarını bəyan ediblər ki, onlar bu proqramlar çərçivəsində yüz minlərlə cins mal idxal edəcəklər", - deyə F. Fikrətzadə qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR