Aran iqtisadi rayonunun sahibkarlarına 1,4 mln. manat güzəştli kredit verilib

Aran iqtisadi rayonunun sahibkarlarına 1,4 mln. manat güzəştli kredit verilib
# 02 oktyabr 2019 15:52 (UTC +04:00)

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun təşkilatçılığı ilə Saatlıda keçirilən işgüzar forum çərçivəsində Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 1,4 mln. manatadək güzəştli kredit verilib.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, verilən kreditlər heyvandarlıq, bağçılıq, çörək istehsalı müəssisəsinin yaradılması və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 100-dən çox iş yerinin açılması mümkün olacaq.

Ümumilikdə, verilən kreditlər də daxil olmaqla indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 14 200-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 590 mln. manatdan çox güzəştli kredit verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR