Azərbaycan Çinə şərab ixracını artırmaq niyyətindədir

Azərbaycan Çinə şərab ixracını artırmaq niyyətindədir
# 17 sentyabr 2019 17:25 (UTC +04:00)

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) ölkədə istehsal edilən şərablarının Çin bazarında təşviqi və satışının artırılması məqsədi işlər aparılır.

Azpromo-dan “APA-Economics”ə verilən məlumata görə, bu barədə qurumun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev Çin Milli Qida və Fermentasiya Tədqiqatı İnstitutunun nümayəndələri ilə görüş zamanı bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə artıq Çinin iki şəhərində (Urumçi və Şanxay) şərab evi fəaliyyət göstərir, Azərbaycanlı şərab istehsalçıları Çində təşkil olan bir çox sərgilərdə iştirak edib, şərab ixracının artırılması istiqamətində müzakirələr aparıblar.

Görüş zamanı Yusif Abdullayev Çinli mütəxəssisləri ölkəmizdə yaradılmış əlverişli biznes mühitindən yararlanmağa, Azərbaycanlı həmkarları ilə sıx əməkdaşlığa dəvət edib.

Qeyd edək ki, Azərbaycanda səfərdə olan Çin Milli Qida və Fermentasiya Tədqiqatı İnstitutunun şərab mütəxəssisləri, media nümayəndələri və spirtli içki idxalçılarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində 14 şərab istehsalı müəssisəsində olub, istehsal prosesi ilə tanış olub, yerli istehsalçılarla məhsulların Çinə ixracına dair danışıqlar aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR