Azərbaycan məhsulları "Food Expo Warsaw-2019"da sərgilənib

Azərbaycan məhsulları "Food Expo Warsaw-2019"da sərgilənib
# 16 sentyabr 2019 12:35 (UTC +04:00)

Azərbaycanın qeyri-neft sektoru ixracının artırılması, yeni ixrac bazarlarına çıxış məqsədilə Azərbaycanın Polşadakı səfirliyində Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi aparatının təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan istehsalı olan qida məhsulları və spirtli içkilər Varşavada keçirilmiş "Food Expo Warsaw-2019" Qida Sərgisində "Made in Azerbaijan" stendində nümayiş olunub.

Azərbaycan İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, "Food Expo Warsaw" kənd təsərrüfatı və qida məhsulları üzrə Polşada keçirilən ən böyük sərgidir. Hər il olduğu kimi, bu dəfə də sərgidə Polşadan, həmçinin digər Mərkəzi və Şərqi Avropa ölkələrindən iri idxalçılar, tədarükçülər, supermarket şəbəkələri, emal müəssisələri, şirkətlər iştirak ediblər.

Sərgidə Azərbaycan istehsalı olan şərablar, meyvə şirələri, çay, kompotlar, mürəbbələr və digər konservləşdirilmiş məhsulların nümayiş edildiyi "Made in Azerbaijan" stendi böyük maraqla qarşılanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR