Azərbaycan minik avtomobillərinin idxalını iki dəfə artırıb

Azərbaycan minik avtomobillərinin idxalını iki dəfə artırıb
  • Clock-gray 10:34
  • calendar-gray 16 İyul 2019

Bu ilin yanvar-iyun aylarında Azərbaycana 18 740 ədəd avtomobil idxal olunub ki, bu da ötən ilin ilk yarısı ilə müqayisədə 9 152 ədəd və ya 95,5% çoxdur.

APA-Economics”in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkəyə 101 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri idxal olunub, bu da 2018-ci ilin ilk altı ayı ilə müqayisədə 41 ədəd və ya 68,3% çoxdur.

Bundan başqa, cari ilin yanvar iyun aylarında Azərbaycana 16 965 ədəd əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri idxal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 480 ədəd və ya 2 dəfə artıb.

Hesabat dövründə ölkəyə həmçinin 1 593 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri və 81 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub. Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 615 ədəd və ya 62,9% və 16 ədəd və ya 24,6% artıb.

APA-Economics

Digər xəbərlər

Arxiv

date