Azərbaycan Parisdə keçirilən Avropa Statistikləri Konfransında iştirak edir

Azərbaycan Parisdə keçirilən Avropa Statistikləri Konfransında iştirak edir
# 27 iyun 2019 10:41 (UTC +04:00)

Parisdə Avropa Statistikləri Konfransının 67-ci plenar sessiyası keçirilir. Konfransda Azərbaycanı Dövlət Statistika Komitəsinin (DSK) sədri Tahir Budaqov təmsil edir.

APA-Economics”in DSK-yə istinadən verdiyi məlumata görə, üç gün davam edəcək konfrans rəsmi statistikanın modernizasiyası istiqamətində yeni çağırışlar və qarşıya çıxan problemlərin həlli yolları, rəsmi statistika məqsədləri üçün yeni məlumat mənbələrinin və imkanların müəyyənləşdirilməsi, informasiya sistemlərinin idarə olunmasına yanaşmalar, dayanıqlı inkişaf məqsədləri ilə müəyyən edilmiş hədəflər üzrə statistik məlumatların əldə edilməsi üçün yol xəritələrinin hazırlanması və digər mühüm məsələlərin müzakirəsinə həsr edilib.

Sessiyada həmçinin işçi qruplar və ekspertlər tərəfindən statistikanın ayrı-ayrı sahələri üzrə aktual məsələlərə həsr edilmiş məruzələr təqdim edilib, BMT-nin Avropa İqtisadi Komissiyasının 2018 və 2019-cu illər üzrə Statistika Proqramının icra vəziyyəti, habelə 2020-ci il üzrə qarşıya qoyulmuş vəzifələri və əldə ediləcək nəticələri əhatə edən növbəti proqram haqqında məlumat verilib.

Səfər zamanı DSK ilə tərəfdaş ölkələrin statistika qurumları arasında mövcud əlaqələrin genişləndirilməsi və qarşılıqlı əməkdaşlıq perspektivlərinin müzakirə edilməsi də nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR