Azərbaycan Prezidenti: “Biznes mühitinin yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılıb”

Azərbaycan Prezidenti: “Biznes mühitinin yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılıb”
# 01 avqust 2019 10:51 (UTC +04:00)

“Biznes mühitinin yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılıb”.

APA-nın xəbərinə görə, bunu Prezident İlham Əliyev iyulun 31-də keçirilmiş sosial-iqtisadi sahə ilə bağlı müşavirədə deyib.

Azərbaycan Prezidenti bildirib ki, Dünya Bankının “Doing Business” proqramı çərçivəsində Azərbaycan 10 ən islahatçı ölkə kimi tanınır: “Biz 32 pillə irəliləmişik və hazırda 25-ci yerdəyik. Əlbəttə ki, bu, Azərbaycana investisiyaların cəlb edilməsi üçün müsbət rol oynayır və oynayacaq. Bütün aparıcı beynəlxalq maliyyə qurumları bu sahədəki fəaliyyətimizi yüksək qiymətləndirir.

O ki qaldı, infrastruktur layihələrinə, əlbəttə, bir çox layihələr icra edilib, o cümlədən sosial infrastrukturla bağlı və bu il də icra ediləcək. Onlarla məktəb tikiləcək, 10 şəhərdə mərkəzi xəstəxana yenidən tikiləcək, yaxud da ki, əsaslı təmir olunub istifadəyə veriləcək. Olimpiya kompleksləri - 3 Olimpiya Kompleksinin açılışı nəzərdə tutulur, biri artıq açılıb. Digər sosial infrastruktur layihələrinin icrası ilə bağlı konkret proqramlar, planlar var və bunlar bizim Dövlət İnvestisiya Proqramında öz əksini tapır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR