Azərbaycan Türkiyə şirkəti ilə kimya sənayesi məhsullarının istehsalı sahəsində birgə müəssisə yarada bilər

Azərbaycan Türkiyə şirkəti ilə kimya sənayesi məhsullarının istehsalı sahəsində birgə müəssisə yarada bilər
# 24 iyul 2019 11:08 (UTC +04:00)

Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev Türkiyənin “ABC Deterjan San ve Tic A.Ş.” şirkətinin nümayəndələri ilə görüşüb.

APA-Economics”in İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, “ABC Deterjan San ve Tic A.Ş.” şirkətinin İdarə Heyətinin rəhbəri Mustafa Başer təmsil etdiyi şirkətin həyata keçirdiyi layihələr barədə məlumat verib, şirkətin Azərbaycana investisiya yatırmaqda maraqlı olduğunu diqqətə çatdırıb.

Görüşdə kimya sənayesi məhsulları istehsalı sahəsində əməkdaşlıq, bu sahədə birgə müəssisənin yaradılması barədə müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR