Berndə keçirilən Azərbaycan Hökuməti və İsveçrə Konfederasiyası Federal Şurası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclası çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İsveçrənin Kiçik və Orta Sahibkarlar Assosiasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
KOBİA-dan “APA-Economics”ə verilən məlumata görə, sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və İsveçrənin Kiçik və Orta Sahibkarlar Assosiasiyasının prezidenti Jozef Rosenflu imzalayıblar.
Memorandum Azərbaycan və İsveçrənin kiçik və orta biznes subyektləri arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə ticarət, investisiya, iqtisadi əməkdaşlıq, kiçik və orta biznes sahələrində qarşılıqlı məlumat, həmçinin KOB sektorunda təcrübə mübadiləsini, bu sahədə əlaqələrin inkişafı üçün birgə təşviq tədbirlərinin təşkilini və digər istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur.
Azərbaycanla İsveçrənin kiçik və orta biznes subyektləri arasında əməkdaşlıq genişləndiriləcək
29 iyun 2019 10:43 (UTC +04:00)
Sahibkarlıq
Azərbaycan-Macarıstan biznes forumu keçirilib - FOTO
13:08
25 aprel 2024
Nazir müavini: Azərbaycanda istehsal edilən Macarıstan enerji içkiləri Mərkəzi Asiyaya ixrac ediləcək
11:50
25 aprel 2024
Kağızın Təkrar Emalı Fabrikininə mediatur təşkil olunub - FOTO
11:07
25 aprel 2024
Azad edilmiş rayonlarda sənaye məhsulu istehsalı 70% artıb - SİYAHI
16:44
24 aprel 2024