Azərbaycan və Şimali Osetiya-Alaniya Respublikası qarşılıqlı investisiya qoyuluşları həyata keçirəcək

Azərbaycan və Şimali Osetiya-Alaniya Respublikası qarşılıqlı investisiya qoyuluşları həyata keçirəcək
# 29 avqust 2019 17:10 (UTC +04:00)

Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ilə Şimali Osetiya-Alaniya Respublikasının Ticarət Sənaye Palatası arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu barədə “APA-Economics”ə ASK-dan deyiblər.

Konfederasiyadan bildirilib ki, imzalanan sənədə əsasən tərəflər iqtisadi, ticari, elmi və texniki əlaqələrin möhkəmlənməsində bütün səylərini ortaya qoyacaq.

“Bundan başqa imzalanan memoranduma əsasən tərəflər, yarmarkaların, sərgilərin, seminarların, konfransların, işgüzar görüşlərin, biznes missiyaların təşkili ilə bağlı əməkdaşlıq edəcəklər. Sənəddə həmçinin qarşılıqlı məlumat mübadiləsinə dair əməkdaşlıq da nəzərdə tutulur. Məsələn əyər xarici ticarət sahəsində müvafiq qanunvericilikdə hər hansı dəyişikliklər olduğu təqdirdə, tərəflər bir birini bu barədə məlumatlandıracaqlar”, - deyə ASK-dan qeyd ediblər.

Konfederasiyadan əlavə ediblər ki, əməkdaşlıq çərçivəsində potensial layihələrə qarşılıqlı investisiyalarında cəlb olunması ilə bağlı məlumat mübadiləsi də nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR