Azərbaycana gətirilən mürəkkəbböcəyilərə 5 faiz gömrük rüsumu tətbiq edilib

Azərbaycana gətirilən mürəkkəbböcəyilərə 5 faiz gömrük rüsumu tətbiq edilib
# 12 iyul 2019 15:26 (UTC +04:00)

Azərbaycanda idxal edilən bütün cins mürəkkəbböcəyilərə gömrük rüsumu tətbiq ediləcək.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

İndiyə qədər ölkəyə gətirilən diri, təzə və ya soyudulmuş mürəkkəbböcəyilərin gömrük dəyərinin 5 faizi həcmində idxal gömrük rüsumu tətbiq edilib. Bundan sonra digər mürəkkəbböcəyilərə görə də 5 faiz həcmində idxal gömrük rüsumu alınacaq.

Qeyd edək ki, mürəkkəbböcəyilər Sepiolida dəstəsindən molyusk növüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR