Azərbaycanda özəl təhsil sahəsində assosiasiya yaradılacaq

Azərbaycanda özəl təhsil sahəsində assosiasiya yaradılacaq
# 21 iyun 2019 12:50 (UTC +04:00)

Azərbaycanda özəl təhsil sahəsində assosiasiyanın yaradılması ilə bağlı təklif irəli sürülüb.

Bunu "APA-Economics"ə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yanında fəaliyyət göstərən İctimai Şuranın sədri Fərhad Qaraşov deyib.

Onun sözlərinə görə, bu təşəbbüs KOBİA və Təhsil Nazirliyi ilə birlikdə icra olunacaq.

"Assosiasiya dövlət orqanları ilə özəl təhsil biznes sektoru arasında körpü rolunu oynayacaq. Assosiasiya özü ayrıca iclaslar və forumlar təşkil edəcək ki, orada daha rahat şəkildə məlumatlar öyrəniləcək və qurum tərəfindən yazılı şəkildə bizə və ya digər dövlət orqanlarına müraciət təqdim ediləcək", - deyə F. Qaraşov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR