Azərbaycanda peşəkar investora dair meyarlar müəyyənləşib

Azərbaycanda peşəkar investora dair meyarlar müəyyənləşib
  • Clock-gray 15:50
  • calendar-gray 24 Oktyabr 2019

Azərbaycanda peşəkar investora dair meyarlar müəyyənləşib.

APA-nın məlumatına görə, bu, Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı ilə təsdiqlənən “Marja ticarətinə dair Qaydalar”da əksini tapıb.

Qaydaya əsasən, marja ticarəti üzrə ən azı 2 il təcrübəsi olan (rüb ərzində ən azı 10 ticarət əməliyyatı aparmaqla) və müştəri hesabında 100 min manat və ya onun ekvivalentində xarici valyutada pul vəsaiti olan şəxslər peşəkar investor sayılacaq.

Marja ticarəti investora baza aktivi və ya bu baza aktivlərinin qiyməti, gəlirliliyi, məzənnə fərqi, risk dərəcəsinin öz vəsaiti və ya borc vəsaitləri ilə alınıb sonradan satılmasının təşkili üzrə investisiya xidmətidir. Baza aktivinə qiymətli kağız, valyuta, faiz dərəcələri, gəlirlilik, törəmə maliyyə alətləri, əmtəə, maliyyə indeksi, kredit riskləri daxildir.

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date