Azərbaycanda sahibkarlara bu il 103 mln. manat güzəştli kredit verilib

Azərbaycanda sahibkarlara bu il 103 mln. manat güzəştli kredit verilib
# 12 sentyabr 2019 16:28 (UTC +04:00)

Bu gün Azərbaycan İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun təşkilatçılığı ilə Lerikdə sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forum keçirilib.

APA-Economics”in Nazirliyin yaydığı məlumata istinadən verdiyi xəbərə görə, forumda İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov qeyd edib ki, bu ilin ötən dövründə ümumi dəyəri 404,8 mln. manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 103 mln. manat güzəştli kredit verilib, bu investisiya layihələrinin reallaşdırılması 3 500-dək yeni iş yerinin açılmasına imkan yaradıb.

İşgüzar forum çərçivəsində Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 36 sahibkara 456,4 min manat güzəştli kredit verilib. Bu kreditlər heyvandarlıq, əkinçilik, bağçılıq və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu güzəştli kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 50-dək iş yerinin açılması mümkün olacaq.

Ümumilikdə, bugünkü forumda verilən kreditlər də daxil olmaqla indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 3 500-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 125,7 mln. manat güzəştli kredit verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR