Məmməd Musayev: Sahibkarları narahat edən məsələlərdən biri kredit faizinin yüksək olmasıdır

Məmməd Musayev: Sahibkarları narahat edən məsələlərdən biri kredit faizinin yüksək olmasıdır
# 24 oktyabr 2019 17:13 (UTC +04:00)

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) sahibkarlar arasında müxtəlif sorğular keçirməyi planlaşdırır ki, bunun nəticəsində onların qarşılaşdığı problemlərin həlli yolu araşdırılacaq.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ASK-nin prezidenti, ASK-ın prezidenti, “Aqrarkredit” QSC-nin İdarə Heyətinin sədri Məmməd Musayev deyib.

Onun sözlərinə görə, əsas hədəf “Douing Business”də sahibkarlara yaradılan əlverişli şərait göstərici üzrə bu sahədə 20 ən qabaqcıl ölkələr sırasına çıxmaqdır.

“Yeri gəlmişkən, elə hədəflər də qoyula bilər ki, biz bu sahədə 10-cu yerdə qərarlaşaq”, - deyə M. Musayev qeyd edib.

O həmçinin əlavə edib ki, bu gün sahibkarları narahat edən məsələlərdən biri kredit faizinin yüksək olmasıdır.

“Qeyd edim ki, hazırda "Aqrarkredit"in verdiyi kreditlərin böyük əksəriyyəti Sahibkarlığın İnkişafı Fondunun kreditləridir, onların da faiz dərəcəsi 5–7% arasında dəyişir. Bu, kiçik və orta biznes üçün çox əlverişlidir, məhz buna görə bizim müştərilərimizin sayı 6 mindən yuxarıdır”, - deyə M. Musayev əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR