Azərbaycandakı ticarət obyektləri POS-terminal olmadan nağdsız ödəniş qəbul edə biləcəklər

Azərbaycandakı ticarət obyektləri POS-terminal olmadan nağdsız ödəniş qəbul edə biləcəklər
# 02 avqust 2019 17:43 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən ticarət obyektləri POS-terminal olmadan nağdsız ödəniş qəbul edə biləcəklər. Bunu “APA-Economics”ə maliyyə bazarındakı etibarlı mənbə deyib.

Mənbənin sözlərinə görə, bu əməliyyatları smartfona yazılan mobil əlavə vasitəsilə aparmaq mümkün olacaq.

“Burada mobil telefon POS-terminal rolunu oynayacaq. İstənilən sahibkar POS-terminal almadan mobil telefon vasitəsilə ödənişləri qəbul etmək iqtidarında olacaq. Alıcı təmassız texnologiyasını dəstəkləyən bank kartını smartfona yaxınlaşdıraraq ödəniş həyata keçirə biləcək”, - deyə mənbə qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR