Azərbaycanda Ukrayna Ticarət Evi açılacaq

Azərbaycanda Ukrayna Ticarət Evi açılacaq
# 10 sentyabr 2019 12:03 (UTC +04:00)

“Bu ilin sonuna kimi Azərbaycanda Ukrayna Ticarət Evinin açılması planlaşdırılır”.

APA-nın xəbərinə görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski bu gün keçirdiyi mətbuat konfransında deyib.

Səfir bildirib ki, Ukrayna Ticarət Evi iki ölkə arasında ticarət dövriyyəsinin artması istiqamətində işlər görməklə yanaşı, konsaltinq və distributor fəaliyyəti də göstərəcək.

V. Kanevski Ukraynanın Azərbaycanda Fəxri konsulluğunun da açılacağını vurğulayıb.

Bakı Slavyan Universitetində Ukrayna Tədris-Mədəniyyət Mərkəzinin fəaliyyət göstərdiyini xatırladan səfir qeyd edib ki, mərkəzin fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində işlər görüləcək.

Səfir həmçinin bildirib ki, 9 il öncə Azərbaycanla ticarət dövriyyəsi 1,6 milyard dollar olub. Ötən il isə bu rəqəm 850 milyon dollar təşkil edib. Ticarət dövriyyəsinin azalma səbəbi isə metallurgiya zavodlarının əsasən Ukraynanın münaqişə zonasında olan ərazilərində yerləşməsi ilə bağlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR