Azərbaycanın daxili bazar araşdırmalarına məsləhətçi şirkətlər cəlb olunacaq

Azərbaycanın daxili bazar araşdırmalarına məsləhətçi şirkətlər cəlb olunacaq
# 28 avqust 2019 13:57 (UTC +04:00)

Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daxili bazar araşdırmalarına məsləhətçi şirkətləri cəlb edir.

KOBİA-dan “APA-Economics”ə verilən məlumata görə, müvafiq bazar araşdırmalarının ixtisaslaşmış yerli və xarici hüquqi və fiziki şəxslər, o cümlədən universitetlər, institutlar, xüsusi araşdırma və təhlil mərkəzləri, məsləhətçi şirkətlər tərəfindən hazırlanması nəzərdə tutulur.

Daxili bazar araşdırmaları KOB subyektlərinin fəaliyyətinin genişləndirilməsi, eləcə də yeni məhsulun və ya xidmətin yaradılması və inkişaf etdirilməsi sahəsində daxili bazarın mövcud vəziyyətinin müəyyən edilməsi istiqamətində həyata keçirilən fəaliyyətdir.

Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə aparılan daxili bazar araşdırmasına çəkilən xərcin isə 50%-i dövlət tərəfindən qarşılanacaq. Ümumilikdə isə hər bir daxili bazar araşdırmasının aparılmasına görə ödəniləcək dəstək məbləği 20 min manata qədər olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR