Azərbaycanın ixrac missiyası Meksikaya səfər edəcək

Azərbaycanın ixrac missiyası Meksikaya səfər edəcək
# 03 iyul 2019 10:00 (UTC +04:00)

Bu il ərzində Azərbaycanın ixrac missiyasının Meksikaya səfəri gözlənilir. Bunu "APA-Economics"ə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini deyib.

Səfirin sözlərinə görə, hazıra qeyd olunan məsələ gündəmdədir və buna dair ikitərəfli müzakirələr aparılır.

"Qeyd edim ki, bu ilin aprel ayında Meksikanın nümayəndə heyəti Azərbaycana səfər edib və bu səfər çərçivəsində 2 müqavilə imzalanıb. Bundan başqa, daha 4 müqavilə imzalanmaq üzrədir", - deyə R. Labardini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR