Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin mənfi saldosu 25%-dən çox artıb

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin mənfi saldosu 25%-dən çox artıb
# 18 iyun 2019 17:41 (UTC +04:00)

Bu ilin yanvar-may ayarı ərzində Azərbaycanın MDB ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi 1 703 746,57 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,4% çoxdur.

APA-Economics”in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 2,6% artaraq 447 218,59 min dollar, idxal isə 16,3% artaraq 1 256 527,98 min dollar təşkil edib.

Cari ilin yanvar-may aylarında 809 309,39 min dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 25,5% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR