Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsində idxal ixracı 2,7 dəfə üstələyib

Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsində idxal ixracı 2,7 dəfə üstələyib
# 17 iyul 2019 09:58 (UTC +04:00)

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 1 381,5 mln ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 21,5% çoxdur.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə ixracın həcmi 8,1% artaraq 377,5 mln. dollara, idxalın həcmi isə 27,4% artaraq 1 004,1 mln. dollar təşkil edib. Göründüyü kimi, cari ilin birinci yarısında idxal ixracı 2,7 dəfə üstələyib.

Hesabat dövründə 626,6 mln. dollar mənfi ticarət saldosu yaranıb ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 42,7% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR