Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin müsbət saldosu 9 dəfədən çox artıb

Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin müsbət saldosu 9 dəfədən çox artıb
# 16 sentyabr 2019 17:14 (UTC +04:00)

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 2 714 088,67 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30,1% çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk səkkiz ayında Azərbaycandan Türkiyəyə ixracın dəyəri 1 739 092,26 min dollar, idxalın dəyəri isə 974 996,41 min dollar təşkil edib. Nəticədə 764 095,85 min dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 9,5 dəfə çoxdur.

Hesabat dövründə ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 60,5% artıb, idxal isə 2,7% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR