Azərbaycanın xarici ticarət dövriyyəsi 18% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsi 18% artıb
# 18 iyun 2019 13:05 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 161 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 97 ölkəyə məhsul ixrac, 151 ölkədən isə idxal olunub.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar-aprel aylarında ölkənin xarici ticarət dövriyyəsi 10 965,2 mln. ABŞ dolları, o cümlədən ixracın dəyəri 6 415,8 mln. dollar, idxalın dəyəri isə 4 549,4 mln. dollar təşkil edib. Nəticədə 1 866,4 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb.

Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 17,7%, o cümlədən idxal 50,3%, ixrac isə 1,9% artıb. Real ifadədə isə dövriyyə 7,3%, o cümlədən idxal 19,5%, ixrac isə 1,4% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR