Azərbaycanla Çin arasında maliyyə və logistika sahəsi üzrə üç sənəd imzalanıb - YENİLƏNİB

Azərbaycanla Çin arasında maliyyə və logistika sahəsi üzrə üç sənəd imzalanıb - YENİLƏNİB
# 05 iyul 2019 18:15 (UTC +04:00)

Bu gün Bakıda keçirilən Azərbaycan-Çin biznes forumu çərçivəsində üç sənəd imzalanıb.

"APA-Economics"in məlumatına görə, Azərbaycanın "Kat Holding"i ilə "Sian Maliyye Holding"i arasında, həmçinin Azərbaycanın "Merkuri Group" MMC ilə Sianın "Сhanba" ticarət şirkəti arasında əməkdaşlıq memorandumları imzalanıb.

Ölkələr arasında həmçinin Azərbaycanın "ADY Konteyner" MMC ilə Çinin "Xian Continental Bridge International Logistics Co Ltd" şirkəti arasında "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində Transxəzər beynəlxalq nəqliyyat marşrutu ilə hərəkət edən konteyner qatarlarının təşkili üzrə ekspeditor müqaviləsi imzalanıb.

Saat 17:58

Bu gün Bakıda keçirilən Azərbaycan-Çin biznes forumu çərçivəsində üç sənəd imzalanacaq. "APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev deyib.

Onun sözlərinə görə, imzalanacaq sənədlər ölkələr arasında maliyyə və logistika sektorunda əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcək.

"Bildiyiniz kimi, "Bir kəmər bir yol" təşəbbüsü çərçivəsində aparılan işlər və bu təşəbbüsün çərçivəsində Çin və Azərbaycan tranzit potensialının artırılmasında, Çindən gələn yüklərin daşınması və ümumiyyətlə bu dəhlizin istifadə olunması çox önəmli məsələlərdən biridir və forum çərçivəsində bir neçə məsələlərə toxunuldu. Logistika, tranzit məsələləri ən önəmli və perspektivli məsələlərdən biridir", - deyə Y. Abdullayev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR