Azərbaycanla Çin müştərək aqrar-sənaye kompleksi yaradacaq

Azərbaycanla Çin müştərək aqrar-sənaye kompleksi yaradacaq
# 20 sentyabr 2019 10:12 (UTC +04:00)

Bakıda "Azərbaycan İnveatisiya Şirkəti" ASC (AIC) ilə Çinin "China CAMC Engineering" (CAMCE) şirkəti arasında anlaşma memorandumu imzalanıb.

"APA-Economics"in məlumatına görə, memorandum Azərbaycanla Çin tərəfindən Azərbaycanda müştərək aqrar-sənaye kompleksinin yaradılması, kompleksdə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və qablaşdırılması, kənd təsərrüfatı texnikalarının istehsalının məqsədilə Çindən investisiyaların cəlb edilməsini nəzərdə tutur.

Sənədi AIC-in icraçı direktoru Allahverdi Paşayev və CAMCE-nin prezidenti xanım Lou Yan imzalayıblar.

Bundan başqa, CAMCE Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) ilə əməkdaşlığa dair arasında anlaşma memorandum, Azərbaycanın "AS İnvestment" şirkəti ilə isə mühəndislik, inşaat və təchizat sahəsində müqavilə imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR