Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi açıqlanıb

Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi açıqlanıb
# 19 iyun 2019 12:25 (UTC +04:00)

Bu ilin yanvar-may ayları ərzində Gürcüstanla Azərbaycan arasında aparılmış ticarət dövriyyəsinin həcmi 435 596,9 min ABŞ dolları təşkil edib. APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Ofisinin hesabatında qeyd olunub.

Hesabata əsasən, bu rəqəm Gürcüstanın ümumi xarici ticarət dövriyyəsinin 8,8%-ni təşkil edib. Gürcüstanın xarici ticarətdə ən böyük tərəfdaşı Türkiyədir. Cari ilin yanvar-may ayları ərzində Türkiyə ilə xarici ticarət dövriyyəsinin həcmi 701 841,5 min dollar təşkil edib. Bu, ümumi dövriyyənin 14,2%-nə bərabərdir.

Hesabatda həmçinin bildirilib ki, xarici ticarətdə ilk 10 ölkə ilə olan əməliyyatlar Gürcüstanın ümumi xarici ticarət dövriyyəsinin 67,1%-nə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR