Azərbaycanla İsveçrə arasında ticarət dövriyyəsi 9 dəfəyə yaxın artıb

Azərbaycanla İsveçrə arasında ticarət dövriyyəsi 9 dəfəyə yaxın artıb
# 01 iyul 2019 11:00 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanla İsveçrə arasında ticarət dövriyyəsi 881 mln. ABŞ dolları və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,8 dəfə çox olub. “APA-Economics”ə İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bunu Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev Berndə keçirilən Azərbaycan hökuməti və İsveçrə Konfederasiyası Federal Şurası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın qeyri-neft məhsullarının ixracında İsveçrə qabaqcıl yerlərdən birini tutur.

“2018-ci ildə İsveçrənin Cənubi Qafqaz üzrə ümumi dövriyyəsinin 52%-ni Azərbaycanla ticarət təşkil edib. Belə ki, ötən il Azərbaycanla İsveçrə arasında ticarət dövriyyəsi 648 mln. dollar olub ki, bu da 2017-ci il ilə müqayisədə 2,7 dəfə çoxdur”, - deyə nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR