Azərbaycanla Türkiyə arasında tərcihli ticarət haqqında saziş imzalanacaq

Azərbaycanla Türkiyə arasında tərcihli ticarət haqqında saziş imzalanacaq
# 16 sentyabr 2019 17:18 (UTC +04:00)

Azərbaycanla Türkiyə arasında preferensial (tərcihli) ticarət haqqında sazişin imzalanması ölkələr arasında keçiriləcək növbəti yüksək səviyyəli görüşdə planlaşdırılır.

"APA-Economics"in məlumatına görə, bunu Bakıda keçirilən Azərbaycan-Türkiyə biznes forumunda çıxış edən Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazirin sözlərinə görə, eyni zamanda Azərbaycan tərəfi Naxçıvan Muxtar Respublikasının iqtisadi təhlükəsizliyini gücləndirilməsi istiqamətində Türkiyənin özəl sektoru ilə əməkdaşlığın önəmini anlayır və dövlət başçılarının tapşırığı ilə Naxçıvanda istehsal olunan məhsulların 120 mln. civarında rüsumsuz olaraq Türkiyə bazarına çıxarılması haqqında saziş imzalanıb.

"Bu gün Komissiyasının iclasında bu məsələ yenə də müzakirə olundu və həmsədrlərin tapşırığı ilə bu istiqamətdə müəyyən texniki prosedurların həllinə nail olunacaq ki, bu da ölkələr arasında ticarət dövriyyəsinin artımına töhfə verəcək", - deyə nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR