Azərbaycanlı iş adamı Belarusda mükafata layiq görülüb

Azərbaycanlı iş adamı Belarusda mükafata layiq görülüb
  • Clock-gray 15:52
  • calendar-gray 08 İyul 2019

Azərbaycanlı iş adamı Vasif İsmayılov Belarusda keçirilən “İş adamı” müsabiqəsində 12 nəfər laureat arasından “Yerli bazarda xarici brendin yüksək səviyyəsinin saxlanmasına görə” nominasiyası üzrə qalib olub.

APA-nın xəbərinə görə, bununla əlaqədar Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç iş adamını qəbul edib.

Səfir iş adamını təbrik edərək ona fəaliyyətində uğurlar və yeni nailiyyətlər arzu edib. 

G. Axramoviç bildirib ki, V. İsmayılov kimi iş adamları sayəsində iki ölkə arasında iqtisadi və ticarət əlaqələri genişlənir.

Səfirin sözlərinə görə, Belarusda Azərbaycan mallarına tələbat artır: “Azərbaycan və Belarus arasındakı münasibətlər nümunəvidir. Əsas məqsəd iki ölkə arasında ötən il əldə olunan yarım milyard dollarlıq ticarət dövriyyəsini qoruyub saxlamaqla, yanaşı bu rəqəmi yüksəltməkdir”. 

Qeyd edək ki, “İş adamı” müsabiqəsi hər il keçirilir, Belarus bazarında ən dinamik inkişaf edən yerli və xarici müəssisələrin rəhbərləri müxtəlif nominasiyalarda mükafatlandırılır. İyulun 4-də Minskdə müsabiqə laureatları təltif ediliblər. V. İsmayılov Belarusun paytaxtı Minskdə “Azərbaycan Ticarət Evi”nin təsisçisidir. 

Rəna Ağayeva

Digər xəbərlər

Arxiv

date