Azpromo: Azərbaycanın qida məhsullarının Koreya bazarına çıxışı çox önəmlidir

Azpromo: Azərbaycanın qida məhsullarının Koreya bazarına çıxışı çox önəmlidir
# 30 sentyabr 2019 12:02 (UTC +04:00)

Qeyri-neft ixracatının diversifikasiyası nəzərindən Azərbaycanın qida məhsullarının Cənubi Koreyanın bazarına çıxışı çox önəmlidir.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) prezidenti vəzifələrini icra edən Yusif Abdullayev deyib.

Onun sözlərinə görə, Koreya əhalisinin sayı və bazarın istehlak gücü baxımından burada Azərbaycan məhsullarının satışı yüksək səviyyədə təşkil edilə bilər: “Sözügedən bazarda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı – şirələr, cemlər, çay və şərab məhsullarının satışının təşkilindən söhbət gedir. Bunda başqa, Azərbaycanda istehsal edilən kimya məhsullarının da Cənubi Koreyaya ixracı məsələsi də aktualdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR