"Azpromo": İxrac missiyaları çərçivəsində bu il bağlanan müqavilələrin dəyəri 3 mln. dollar olub

"Azpromo": İxrac missiyaları çərçivəsində bu il bağlanan müqavilələrin dəyəri 3 mln. dollar olub
# 19 iyun 2019 12:02 (UTC +04:00)

Bu il ərzində müxtəlif ölkələrə təşkil olunan ixrac missiyaları çərçivəsində bağlanan müqavilələr ümumi dəyəri 3 mln. ABŞ dolları təşkil edib ki, onların təxminən 1 mln. dolları ixrac olunub. “APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun ("Azpromo") rəhbəri Yusif Abdullayev deyib.

Onun sözlərinə görə, müqavilələrin həcmi böyük olur, sadəcə o müqavilələrin çərçivəsində məhsullar ixrac olunur.

"Cari ilin əvvəlindən bu günədək ödənilən ixrac təşviqinin məbləği 5,042 mln. manat təşkil edib.

“Qeyd edim ki, ötən ilin ümumi göstəricisi 4,950 mln. manat təşkil edib. Bu, o deməkdir ki, ixrac artır və ixrac olunan məhsullar müqabilində biz ixracatçılara ixrac təşviqi ödəyə bilirik. Ümumilikdə, 2016-cı ildən indiyədək 82 sahibkarlıq subyektinə 13 mln. manatdan artıq ixrac təşviqi ödənilib", - deyə Y. Abdullayev əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR