Azpromo-nun elan etdiyi kotirovka sorğularının qalibləri müəyyənləşib

Azpromo-nun elan etdiyi kotirovka sorğularının qalibləri müəyyənləşib
# 02 sentyabr 2019 15:17 (UTC +04:00)

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) ötən həftə elan etdiyi kotirovka sorğularının nəticələrini açıqlayıb.

APA-Economics”in Azpromo-ya istinadən verdiyi məlumata görə, Fond tərəfindən kartriclərin alınması, doldurulması, əvəzlənməsi və İT avadanlıqlarının təmirinin satın alınması ilə əlaqədar keçirilmiş kotirovka sorğusu prosedurunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Kotirovka sorğusunun nəticələri haqqında Tender Komissiyasının qərarına əsasən “COPY” MMC qalib elan edilib və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanıb.

Fondun digər kotirovka sorğusu isə dəftərxana və təsərrüfat mallarının satın alınması ilə əlaqədar idi. Sözügedən kotirovka sorğusu prosedurunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib və Tender Komissiyasının qərarına əsasən “Office-Lines” MMC qalib elan edilib. Həmin təşkilatla artıq müvafiq satınalma müqaviləsi bağlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR