Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilir - FOTO

Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilir - FOTO
  • Clock-gray 10:10
  • calendar-gray 12 Sentyabr 2019

Bakıda növbəti Azərbaycan-Rusiya biznes forumu işə başlayıb.

"APA-Economics"in məlumatına görə, forumun gündəliyində ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün mühüm məsələlər yer alıb. Belə ki, forum çərçivəsində Yekaterinburq şəhərinin Kalinin adına Maşınqayırma Zavodu ilə Azərbaycanın bir sıra dövlət qurumları arasında görüşlər keçiriləcək. Həmçinin Rusiyanın bir sıra şirkətləri ilə SOCAR-ın qurumları, eləcə də BP və digər neft-qaz sənayesi üzrə fəaliyyət göstərən şirkətlər arasında əməkdaşlığa dair danışıqlar aparılacaq.

Tərəflər həmçinin informasiya texnologiyaları sahəsində də əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Azərbaycan tərəfindən bu sahədə keçiriləcək görüşlərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyin nümayəndələri qatılacaq.

Tədbir çərçivəsində təşkil olunacaq B2B görüşlərdə müxtəlif sahələrdə Rusiya və Azərbaycan qurumları arasında ikitərəfli görüşlər keçiriləcək. Əsas müzakirə mövzuları səhiyyə, nəqliyyat, təhsil, toxuculuq, inşaat və digər sahələrdə əməkdaşlıq olacaq.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date