Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının Ümumi Yığıncağı keçirilib

Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının Ümumi Yığıncağı keçirilib
# 05 iyul 2019 14:50 (UTC +04:00)

Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının Ümumi Yığıncağı keçirilib.

APA-Economics”in Azərbaycan İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, tədbirdə 2019-cu ilin birinci yarısının yekunları ilə bağlı hesabat verilib. Bildirilib ki, cari ilin yanvar-iyun aylarında İşgüzar Şura tərəfindən “Qida məhsulları və kənd təsərrüfatı”, “Sertifikasiya və gömrük prosedurları”, “Logistika” komissiyalarının ümumilikdə 6 iclası keçirilib. Bu iclaslarda sahibkarlar üçün bir sıra aktual məsələyə dair Azərbaycan və Rusiya dövlət qurumları ilə birgə iş aparılıb.

Bundan əlavə, hesabat dövründə Rusiya-Azərbaycan İşgüzar Şurası, “İşgüzar Rusiya”, Rusiya İxrac Mərkəzi və digər tərəfdaş təşkilatlarla birgə tədbirlər təşkil olunub. Azərbaycan-Rusiya İşgüzar Şurası "Azərbaycan Respublikası investisiya layihələrinin həyata keçirilməsi yolunda: "Qazprombank"ın imkanları" mövzusunda biznes seminarın, həmçinin Rusiyanın sənaye müəssisələrinin biznes missiyasının həmtəşkilatçısı və Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində iki ölkənin iş adamları arasında təşkil olunmuş Azərbaycan-Rusiya biznes dialoqun təşkilatçısı kimi çıxış edib.

İclasda 2019-cu ilin ikinci yarımilliyi üçün qarşıda duran vəzifələrə dair müzakirələr aparılıb, işgüzar şuranın sənaye, kənd təsərrüfatı və tikinti sahəsi ilə yanaşı, həmçinin turizm, maliyyə, İT və iqtisadiyyatın digər sahələrində fəaliyyətinin genişləndirilməsi istiqamətində atılacaq addımlar, həyata keçiriləcək tədbirlər diqqətə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR