Bakıda Azərbaycan-Tacikistan biznes forumu keçiriləcək

Bakıda Azərbaycan-Tacikistan biznes forumu keçiriləcək
  • Clock-gray 17:44
  • calendar-gray 06 Sentyabr 2019

Sentyabr ayının ikinci dekadasında Bakıda Azərbaycan-Tacikistan biznes forumu keçiriləcək. Bu barədə APA-Economics”ə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) bildirilib.

Fonddan verilən məlumata görə, forum çərçivəsində təşkil olunacaq görüşlər Azpromo-nun rəhbərliyi ilə Tacikistanın Azərbaycandakı səfirliyi arasında müzakirə olunub. 

Müzakirə zamanı Azpromo-nun rəhbəri Yusif Abdullayev “Made in Azerbaijan” brendinin təşviqi, qeyri-neft məhsullarının istehsalı və ixracının stimullaşdırılması, yerli məhsulların ixrac coğrafiyasının genişləndirilməsi, ölkə iqtisadiyyatına xarici investisiyaların cəlbi istiqamətində görülən işlər barədə məlumat verib.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date